Bu yaxınlarda yaradılmış Milli Təhlükəsizlik Strategiyasının məqsədi ABŞ, Rusiya və Ukrayna arasındakı gərginliyi dərhal həll etməkdir.
Medialive xəbər verir ki, bu barədə tərtib edilən sənədin əsas hissəsində yazılıb.
“Ukraynadakı gərginliyin sürətlə həlli ABŞ-nin əsas maraqlarına cavab verir, çünki bu, Avropa iqtisadiyyatlarını sabitləşdirəcək, müharibənin gözlənilməz eskalasiyasının və ya genişlənməsinin qarşısını alacaq və strateji sabitliyi bərpa edəcək” – deyə qeyd edilib.
Sənəd həmçinin Qərbin mövqeyini tənqid edir.
Eyni zamanda, Avropanın ABŞ üçün strateji və mədəni əhəmiyyət kəsb etdiyi, transatlantik ticarətin qlobal iqtisadiyyatın və Amerika rifahının sütunu olaraq qaldığı, istehsaldan tutmuş texnologiya və enerjiyə qədər Avropa sektorlarının dünyanın ən sabit sektorları sırasında qaldığı vurğulanıb.




















