Moskvada içində polkovnik olan avtomobili partlatmaqda təqsirləndirilən Özbəkistan məlumat bazasının sabiq analitiki Yevgeni Serebryakov günahını etiraf edib.
Medialive xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
“Mən tam günahımı etiraf edirəm. Amma daha çox səy göstərsəydim, planımı həyata keçirə bilərdim”, – Serebryakov deyib.
Qeyd edək ki, Serebryakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına hazırlıq), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsi (terror aktı), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2221-ci maddəsinin 4-cü hissəsi (terror aktı) ilə ittiham olunur.




















