Tanınmış ilahiyyatçı Nihat Hatipoğlu Bakıya səfər edib.
Medialive.az Doğru.az-a istinadən xəbər verir ki, Nihat Hatipoğlu paytaxtın hava limanında kameralara tuş gəlib və bu görüntülər maraq doğurub.
Məlumata görə, səfərin təşkilatçısı Şəhriyar İmanbəylidir – o, Beylimedia və Excevent şirkətlərinin rəhbəri, jurnalist-prodüserdir. Hatipoğlunun Bakıya gəlişi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və yaxın günlərdə müxtəlif tədbirlərdə iştirakı istisna edilmir.
MEDİALİVE.AZ




















