ABŞ Nümayəndələr Palatasının üzvlərinin bəziləri Konqresin təsdiqi olmadan Venesuelaya qarşı döyüş əməliyyatlarında Amerika hərbi qüvvələrinin istifadəsini məhdudlaşdıran qətnaməyə qarşı səs verib.
Medialive xəbər verir ki, qətnaməni 211 konqresmen dəstəkləyib, 213-ü isə əleyhinə səs verib.
Sənədin mətninə görə, ABŞ Prezidenti Konqresin müvafiq icazəsi olmadan Venesuelada və ya ona qarşı döyüşlərdə silahlı qüvvələrin istifadəsinin qarşısını almalıdır.
Sənəd sözdə razılaşdırılmış qətnamə kimi təqdim edilib.
Bu cür aktlar Konqresin hər palatasında ayrıca qəbul edilir, heç bir hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. Bu şəkildə qanunvericilər müəyyən bir məsələ ilə bağlı mövqelərini ifadə edirlər və icra hakimiyyəti bu cür sənədləri qulaqardına vurmaq hüququna malikdir.
Qeyd edək ki, ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir.




















