CANLI
Hadisə

Oğuzda ağır qəza - 7 nəfər xəsarət aldı

Oğuzda baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.

Medialive.az report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər – 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalardır.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan bir neçə nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.