Aİ ölkələri lazımi sayda səs toplaya bilmədikləri üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul edə bilməyəcəklər.
Medialive xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Dünən gecə gördüm ki, kifayət qədər ölkə bu qərara qarşı çıxır və biz onu bloklamaq üçün kifayət qədər səs toplaya bilərik. Bu məsələ səsverməyə çıxarılarsa, kifayət qədər səs çoxluğu qazana bilməyəcək. Buna görə də, inanıram ki, sözügedən mövzu gündəmdən çıxıb”, – baş nazir bildirib.




















