Macarıstanın baş naziri Viktor Orbanın “Fides” partiyasına məxsus “Blikk” qəzetini alması birmənalı qarşılanmayıb.
Medialive xəbər verir ki, bu addım Macarıstanın gələn il Orbanın görünməmiş müxalifətlə üzləşdiyi, mühüm seçkilərə hazırlaşdığı bir vaxtda edilən satınalma hökumətin media üzərində təsirini gücləndirmək üçün növbəti cəhd kimi qəbul edilib.
Orbanın maliyyələşdirdiyi “Indamedia” ötən həftə məşhur qəzet “Blikk”i aldığını açıqlayıb.
“Blikk”in baş redaktoru İvan Zsolt Nagy bildirib ki, o və digər bir rəhbər qəzetin yeni sahibi ilə qarşılıqlı razılaşma əsasında işdən ayrılacaqlar.
“Blikk”in yeni baş redaktoru Balazs Kolossvarin təyin edilib. Qalmaq qərarına gələn jurnalistlərin çoxu çətin vəziyyətdə olduqlarını deyiblər.




















