Qazaxıstanın Orda.kz xəbər portalının təsisçisi və baş redaktoru Gülnarə Bajkenovanın Almatıdakı mənzilində, eləcə də redaksiyada axtarışlar aparılırb.
Medialive Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə portal məlumat yayıb.
Məlumata görə, redaksiya əməkdaşları zənglərə cavab vermirlər.
Onların telefonlarının müsadirə edildiyi ehtimal edilir.
Polisdən bildirilib ki, alınmış ifadələr əsasında Gülnarə Bajkenova barəsində cinayət işi açılıb.
Qeyd edək ki, Gülnarə Bajkenova 2020-ci ildə Orda.kz saytını təsis edib.
Bu il 2025-ci il sentyabrda Orda.kz Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunun saxlanması barədə məlumat yayıb.
Nəşrin mənbəsi iddia edib ki, iş adamı Hacı Hacıyev və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək vəzifəli məmuru da saxlanılıb. Hökumət bu məlumatı təkzib edib.




















