Türk musiqisinin canlı əfsanələrindən biri, 81 yaşlı sənətçi Orhan Gencebay xəstəxanaya yerləşdirilib.
Medialive.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin yüksək qızdırma səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilib.
Əldə edilən məlumata görə, Orhan Gencebay İstanbulda yerləşən Medicana Zincirlikuyu Xəstəxanası aparılıb.
Məlumata əsasən, həkimlər məşhur sənətçini COVID-19 şübhəsi ilə müşahidə altına alıblar. Hazırda Gencebayın sağlamlıq vəziyyətinin yaxından izlənildiyi və müalicəsinin xəstəxanada davam etdiyi qeyd olunub.




















