Pakistan nümayəndə heyəti Əfqanıstanla sülh danışıqları aparır.
Medialive xəbər verir ki, bunu Əfqanıstanın xəbər portalı Tolo News açıqlayıb.
“Pakistan nümayəndə heyəti İstanbulda Əfqanıstanla sülh danışıqları masasına əyləşib”, – portalın Teleqram kanalında dərc olunan xəbərdə yazılır.
Məlumata görə, münaqişəni davam etdirməyi planlaşdıran Pakistan heyəti Qətər və Türkiyənin vasitəçiliyi sayəsində yenidən İstanbulda Talibanla sülh danışıqlarına cəlb edilib.
Qeyd edək ki, tərəflər arasında danışıqlar oktyabrın 29-da davam etdiriləcək.




















