Pakistanın Xayber Paxtunxva əyalətində terror aktı törədilib.
Medialive xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.
Belə ki, terror aktı nəticəsində 5 polis əməkdaşı həlak olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan nəqliyyat vasitəsi Qaraqri Banda əyalətində terrorçular tərəfindən pusquya düşüb. Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və antiterror əməliyyatı aparılır.
Pakistanın Baş naziri Şahbaz Şərif polislərə edilən bu hücumu pisləyib və onların ailələrinə başsağlığı verib.




















