CANLI
Siyasət

Paşinyan Azərbaycanın tələbini qəbul etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olunmayacaq.

Medialive.az xəbər verir ki, o, bu fikirləri martın 12-də İrəvanda keçirdiyi brifinq zamanı səsləndirib.

“Müstəqillik Bəyannaməsi konflikt məntiqi üzərində qurulub. Biz müstəqil dövləti konflikt məntiqinə əsaslanaraq qura bilmərik”, – hökumət başçısı söyləyib.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları əksini tapıb. Bəyannamənin qəbulundan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü geniş füsət almışdı və Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdi.

Azərbaycan 2020-ci ilin Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatları torpaqlarını erməni işğalından azad edib.

Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Müstəqillik Bəyannaməsinin dəyişdirilməsini tələb edir./“Yeni Sabah”/

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izle