“İstənilən ikitərəfli münasibətlərdə beynəlxalq atmosfer böyük əhəmiyyət kəsb edir və bu məqsədə nail olmaq üçün beynəlxalq tərəfdaşların belə bir atmosfer yaratması çox vacibdir”.
Medialive.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın Hamburq şəhərində jurnalistlərlə görüşündə deyib.
“Hamburqda işgüzar dairələrin nümayəndələri ilə görüşdə mühüm siyasi qərarların qəbul edildiyini və siyasi liderliyin nümayiş etdirildiyini bildirdim, amma indi hiss edirəm ki, iqtisadiyyat bizdən irəlidədir. Mən hiss edirəm ki, iqtisadiyyat siyasətdən irəlidədir və bu çox yaxşı xəbərdir, çünki Ermənistan-Azərbaycan münasibətlərində və daha geniş kontekstdə inkişaf edən iqtisadi əlaqələr və maraqlar sabitliyin, təhlükəsizliyin ən etibarlı təminatıdır”, – deyə Paşinyan qeyd edib.
“Regiondakı sahibkarlar pul qazanmağa başlayanda və hər biri öz ölkəsinə əlavə gəlir gətirəndə, o zaman heç bir ölkə digərinin və bütövlükdə regionun sabitliyini pozmaqda maraqlı olmayacaq. Əksinə, onlar öz ölkələrinin və regionun sabitliyinə böyük maraq göstərəcəklər”, – deyə Paşinyan bildirib.




















