Rusiya Ukraynada atəşkəs deyil, zəmanətli və davamlı uzunmüddətli sülhə üstünlük verir.
Medialive TASS-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə Zelenskinin Kiyevin enerji atəşkəsinə hazır olması ilə bağlı açıqlamalarına cavab verib.
“Biz ilk növbədə atəşkəs üçün deyil, sülh üçün çalışırıq”, – Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, Zelenski bəyan edib ki, Kiyev Rusiya ilə enerji barışığı təklifi üzərində işləyir və ritorik olaraq bu mexanizm üçün məsuliyyəti Moskvanın üzərinə qoyur.




















