Bakıda fəaliyyət göstərən restoranların birindən uşaq tapılıb.
Medialive.az xəbər verir ki, restoran əməkdaşlarının bildirdiyinə görə uşaq restoranda tək olub. Əməkdaşlar onu yemək və geyimlə təmin etdikdən sonra aidiyyatı üzrə polis bölməsinə təhvil veriblər.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, azyaşlının valideynləri tapılıb və uşaq onlara təhvil verilib.