Polşa Daxili İşlər Nazirliyi 2022-ci ilin fevralından Polşaya qaçan ukraynalılara digər əcnəbilərlə eyni statusu verəcək qanun layihəsi hazırlayır.
Medialive xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Karolina Qaletska məlumat verib.
Qaletska izah edib ki, Avropa Komissiyasının Ukraynadan gələn müharibə qaçqınları üçün müvəqqəti müdafiənin dayandırılması ilə bağlı tövsiyələrinə uyğun olaraq, qanun layihəsində 4 mart 2026-cı ildən sonra bütün ukraynalılara digər əcnəbilər kimi yanaşılacağı nəzərdə tutulur.
Məlumata görə, respublikada xüsusi statusa malik təxminən 1 milyon ukraynalı yaşayır.
Sentyabrda Polşa Prezidenti Karol Navrotski bu statusun uzadılması haqqında fərman imzalayıb və bu da ukraynalı qaçqınlar üçün güzəştləri məhdudlaşdırıb.




















