Polşa hökuməti 2026-cı ildə Qərbi Ukraynada Volın qırğını qurbanlarının qalıqlarının axtarışı və yenidən dəfn edilməsi üzrə işləri davam etdirmək niyyətindədir.
Medialive xəbər verir ki, bu barədə Polşanın mədəniyyət naziri Marta Çenkovska RMF24 radiosuna bildirib.
Nazir bildirib ki, Puzniki kəndində işləri başa çatdırmaq vacibdir, çünki orada başqa bir kütləvi məzarlıq ola bilər. Həmçinin, Huta Penyatska kəndində, eləcə də Ostruvki kəndində işə başlamaq istəyirlər.
Onun sözlərinə görə, Volın vilayətində iş üçün hələlik Ukrayna tərəfindən icazə alınmayıb.
Qeyd edək ki, Qərbi Ukraynada İkinci Dünya Müharibəsində həlak olan polyakların ilk axtarış və dəfn işləri 2025-ci ilin yazında Ternopil vilayətinin Puzniki kəndində başlayıb.
Bundan əvvəl Ukrayna 2017-ci ildən bəri Volın qırğını qurbanlarının qalıqlarının axtarışı və yenidən dəfn edilməsi üçün icazələrin verilməsini əngəlləyib.




















