Polşanın Vroslav şəhərinin sakinləri siçovullar ilə mübarizə aparır.
Medialive xəbər verir ki, bu barədə Polşanın Fakt qəzeti məlumat yayıb.
“Vroslav kanallar, yeraltı boşluqlar, bunkerlər, köhnə zirzəmilər üzərində tikilib, bütün bunlar gəmiricilərə qarşı mübarizəni çətinləşdirir”, – nəşr şəhərin ən böyük siçovullarla mübarizə şirkəti DDD Serwis-in rəhbəri Mateuş Krzyżowskidən sitat gətirib.
Onun sözlərinə görə, şəhərdə siçovulların sayı ən azı 1 milyondur.
Bu gəmiricilər xüsusilə şəhərin tarixi binaları ilə öyünən mərkəzi rayonlarında çoxdur. Onların əhalisinin episentri, şəhər rəhbərliyinə görə, əcnəbilər üçün bir çox turist xəritələrində “Siçovul küçəsi” kimi qeyd olunan İgelna küçəsidir.
“Vroslav City Hall” hər il siçovullarla mübarizəyə 2,5 milyon zlotidən (təxminən 620 dollar) çox pul xərcləyir.




















