CANLI
İlham Əliyev

Putin İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Medialive.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında layiqli hörmət qazanıb.

Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik. Şübhəsiz ki, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə əmin-amanlıq və tərəqqi arzulayıram”.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24