Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrinin Rusiya silahları ilə yenidən təchiz edilməsi üçün genişmiqyaslı proqrama başlamağı təklif edib,
Medialive xəbər verir ki, bu barədə İzvestiya məlumat yayıb.
“Biz kollektiv qüvvələrin real hərbi əməliyyatlarda effektivliyini sübut etmiş müasir Rusiya silah və texnikası ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edirik”, – bunu Rusiya lideri KTMT-nin geniş sessiyasında çıxışı zamanı bildirib.
Putinin sözlərinə görə, Rusiya KTMT-nin hərbi potensialının gücləndirilməsi ilə bağlı bütün məsələlərdə öz müttəfiqləri ilə bundan sonra da əməkdaşlığı planlaşdırır.
Qeyd olunub ki, hazırkı prioritet inkişaf istiqamətləri milli hərbi qrupların döyüş effektivliyinin artırılması və kollektiv qüvvələrin idarə olunmasının təkmilləşdirilməsidir.




















