2029-cu ilin əvvəlində Britaniyanın ilk uçan taksisini istifadəyə verəcəyini açıqladı.
Medialive xəbər verir ki, bu barədə “Vertical Aerospace” şirkəti məlumat yayıb.
Belə ki, şirkət bu gün Canary Wharf və əsas nəqliyyat qovşaqları arasında Britaniyanın ilk hava taksi marşrutlarını işə salmağı planlaşdırdığını açıqlayıb.
Canary Wharf-dan bu xidmət Hitrou və Qatvik hava limanlarını, həmçinin Kembric və Oksford şəhərlərini birləşdirəcək.
Layihə Skyports İnfrastruktur və Bristow Group ilə birgə həyata keçiriləcək.
Bu, bütün nəqliyyat infrastrukturunun yaradılmasını əhatə edəcək.
Hava taksisi dörd sərnişinin yerləşdiyi Valo elektrik helikopterindən istifadə edəcək. Təxminən 240 km/saat sürətlə 160 km-dən çox uça bildiyi iddia edilir. Vertical Aerospace 2030-cu ilə qədər bu helikopterlərdən 175-ni istehsal etməyi planlaşdırır.




















