CANLI
Manşet

“Qaraheybət” şəhidləri də təltif olunub - ADLAR

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Medialive.az xəbər verir ki, təltif edilən şəhidlərdən 11-i 30 noyabr 2021-ci il tarixində Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində həlak olmuşdu.
Bunlar aşağıdakı şəhidlərdir:
Polkovnik – Nəzirov Emil Nəzir oğlu
Mayor – Əhmədov Elbrus Səmrəddin oğlu
Mayor – Mayılov Emil Şahid oğlu
Mayor – Məmmədov Murad Yaşar oğlu
Mayor – Əliyev Emil Elman oğlu
Tibb xidməti kapitanı – Əhmədxanov Ceyhun Xanlar oğlu
Kapitan – Bayramlı Cavid Əhliman oğlu
Kapitan – Qaraisayev Teymur Ənvər oğlu
Leytenant – Süleymanov Abdulla Telman oğlu
Baş leytenant – Nağıyev Fərid Təyyar oğlu
İşçi – Nəbiyev Elçin Fikrət oğlu.
Xatırladaq ki, “Qaraheybət” şəhidlərinin sayı 14 nəfərdir.