CANLI
Sosial

Qonşu ölkədən Azərbaycana AXIN BAŞLADI

Sentyabrın 21-dən 27-dək rusiyalıların Bakı otellərinə tələbatı ötən ilin analoji dövrü ilə müqayisədə on dəfə artıb.

Medialive.az xəbər verir ki, bu barədə “Ostrovok” otel və mənzillərin onlayn bronlaşdırılması xidməti məlumat yayıb.

Bildirilib ki, rusiyalıların Azərbaycana marağı hələ yay mövsümünün əvvəlindən artmağa başlayıb, “Formula-1” isə mövsümün sonunda səfərlərin əsas təkanverici amilinə çevrilib. Ölkənin əsas turizm istiqaməti olan Bakıda istirahətə olan tələbat 2026-cı ilin may-sentyabr aylarında 2025-ci illə müqayisədə 10 faiz artıb. Ölkə bronlaşdırmaların sayına görə Fransa və BƏƏ-ni üstələyərək yay üçün ən məşhur xarici istiqamətlərin reytinqində 14-cü pillədən 12-ci pilləyə yüksəlib.

“Sentyabrda Bakıda bir neçə başqa böyük tədbir də keçiriləcək — “Formula-1” ərəfəsində Valeri Meladzenin konserti baş tutacaq, yarış həftəsonu çərçivəsində isə Kelvin Harris və Keti Perri çıxış edəcəklər”, — “Ostrovok”un direktoru İrina Kozlova bildirib.

Sentyabr ayında Bakıda bron edilən otel otağının bir gecəlik orta qiyməti 8 250 rubl (169,44 AZN) təşkil edir. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 4 faiz azdır. Belə ki, 2025-ci ildə bir gecəlik orta qiymət 8 600 rubl (176,63 AZN) olub. “Formul-1” yarışının keçirildiyi həftədə isə yaşayış xərcləri artır və bir gecə üçün 10 300 rubla (211,54 AZN) çatır.