Almaniyada davam edən quş qripi epidemiyası səbəbilə məhv edilən quşların sayı 500 mini ötüb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə Almaniyanın Brandenburq şəhərində ortaya çıxan quş qripi epidemiyası bütün ölkəyə yayılıb.
Almaniyada heyvan xəstəliklərinə cavabdeh olan Fridrix Loeffler İnstitutu ölkə üzrə 30-dan çox fermada kəsilən toyuq, ördək, qaz və hinduşkaların sayının 500 mini keçdiyini açıqlayıb.
Bildirilib ki, Meklenburq-Ön Pommern, Brandenburq, Aşağı Saksoniya, Bavariya, Türingiya, Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq ştatlarında da eyni tendensiya müşahidə edilir.
Son məlumatlara görə, quş qripi Aşağı Saksoniyada səkkiz, Meklenburq-Ön Pommern ştatında altı, Brandenburqda beş, Türingiyada dörd, Şimali Reyn-Vestfaliyada iki, Baden-Vürtemberq və Bavariyada hər birində bir fermada quş qripi aşkar edilib.
Qeyd edək ki, çöl quşları arasında aparılan araşdırmalar nəticəsində 73 quş qripi aşkarlanıb.




















