CANLI
Sosial

Rəis işlədiyi 4 ildə bu qədər rüşvət alıb

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi işləmiş mayor Rasim Həsənovun 4 il ərzində nə qədər rüşvət aldığı bilinib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Həsənov 7 epizod üzrə qanun pozuntusuna yol verib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi apardığı ilkin istintaqla ortaya çıxarıb ki, Rasim Həsənov rəis işlədiyi 2021-2025-ci illərdə 50 min manatdan bir az artıq rüşvət alıb. Bu vəsait əsasən hərbi qulluqçuların hərbi həkimdən keçərkən saxta rəy alması və nəticədə tərxis olunmaları müqabilində alınıb.

Cinayətdə iştirak edən şəxslər ilkin istintaq zamanı rüşvət verdiklərini etiraf ediblər.

Təqsirləndirilən mayora vəzifə saxtakarlığı, təkrar külli miqdarda rüşvət alma və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.

Hazırda prokurorluq işini yekunlaşdırıb, toplanmış materialları məhkəməyə göndərib. Yaxında araşdırma başlayacaq.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24