• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR: Məmurların siyahısı...

20 Noyabr, 25 / 14:48
A A
Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR: Məmurların siyahısı...

Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir. Mediada ona bağışlanan villalarla bağlı yeni məlumatlar yayılıb.

Xatırladaq ki, ictimailəşmiş məlumatlarda icra başçısı Asif Hüseynovun Ramiz Mehdiyevin Qalaaltıda yerləşən villasını təmir etdirdiyi, hətta ona villa tikib bağışladığı iddia olunur. Məhəmməd Məmmədov həmçinin icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, lakin həmin quyulardan çıxan suyun əhaliyə verilmədiyini bildirib.

22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Ramiz Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəli şəxslər Mehdiyevin hüzuruna gedərək onun qeyri-rəsmi tələb və göstərişlərini dinləyir, daha sonra isə vəzifələrinin icrasına başlayırdılar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas fiqurlar rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik etmiş məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.

Ramiz Mehdiyevə Qəbələdə fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən qala tipli imarət hədiyyə edilməsi ilə bağlı da iddialar var idi. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgə sakinləri illərdir həmin versiyanın dolaşdığını deyirlər. Onların sözlərinə görə, Mehdiyev imarətinə yalnız ildə bir dəfə – əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

Medialive.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir. Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib. Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi formalaşdırdığı şəbəkə indi öz içərisindən çözülməyə başlayıb. Bir zamanlar kiminsə ona hədiyyə etdiyi villalar indi həmin şəxslərin öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə zamanında sədaqət göstərənlər indi ya etirafla özlərini xilas edəcəklər, ya da susmaqla talelərini riskə atacaqlar. Gələn məlumatlara görə, bu şəxslərin bir qisminə ən ağır cəzaların verilməsi də istisna edilmir. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və ölkənin siyasi idarəetmə sistemində ən yüksək qərarların icrasında iştirak edən əsas fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyannamələrində bu miqyasda əmlak heç vaxt göstərilməyib. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi ilə bağlı araşdırmalar davam edir.

Əvvəlki yazı

Rəqsanənin borcunun bir hissəsini Aysun ödəyib

Növbəti yazı

Avtomobillərdən oğurluq edən 2 şəxs saxlanıldı

Bənzər Xəbərlər

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ
Manşet

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17.Fev.26 /17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO
Sosial

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17.Fev.26 /16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi
Siyasət

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17.Fev.26 /16:23
Səidə Haqverdiyevanın həbsi istənilir
Mədəniyyət

Səidə Haqverdiyevanın həbsi istənilir

17.Fev.26 /16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi
Sosial

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17.Fev.26 /16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı
Sosial

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17.Fev.26 /15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?
Sosial

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17.Fev.26 /15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 
Hadisə

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17.Fev.26 /15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB
Sosial

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17.Fev.26 /15:32

XƏBƏR LENTİ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

Azərbaycanda 11 gün ardıcıl iş OLMAYACAQ

17 Fevral, 26 / 17:00
Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

Gəlin, Binəqədini ərəblərə sataq: “Onsuz da buranın yiyəsi yoxdur” - VİDEO

17 Fevral, 26 / 16:49
Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

17 Fevral, 26 / 16:23
Səidə Haqverdiyevanın həbsi istənilir

Səidə Haqverdiyevanın həbsi istənilir

17 Fevral, 26 / 16:14
Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

17 Fevral, 26 / 16:13
Bu xəstəxananın direktoru işdən çıxarıldı

Bu xəstəxananın direktoru işdən çıxarıldı

17 Fevral, 26 / 15:37
Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK - 1 manat sabit tarif necə ALINIR?

17 Fevral, 26 / 15:35
ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

ADY-nin vəzifəli şəxsi sərxoş halda qəza törədib qaçdı – Rəsmi TƏSDİQLƏNDİ / TƏFƏRRÜAT 

17 Fevral, 26 / 15:33
Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB

17 Fevral, 26 / 15:32
Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.