Son hadisələr yalnız Ramiz Mehdiyevin Azərbaycan dövlətinə qarşı həyata keçirmək istədiyi iyrənc planını ifşa etmədi, eyni zamanda onun cinayət və xəyanət şəbəkəsini də üzə çıxardı.
Bəllidir ki, Ramiz Mehdiyev və onun əlaltıları zaman- zaman medianı alət edərək vicdanlı və milli adamları şərləyib, gözdən salmaq üçün çirkin kampaniyalar aparıb.
O dövrdə informasiya müharibəsinin önündə gedən vicdanlı və peşəkar jurnalistlər, qələm adamları üzə durmadığı, səs yazıb vermədiyi, insanların şərləmədiyi üçün üzlərinə bütün qapılar bağlanıb.
Bu xəyanətkar şəbəkə üçün Azərbaycan dövlətinə və xalqına, onun Lideri Cənab İlham Əliyevə xidmət etmək meyar olmayıb.
Təəssüflə qeyd etmək lazımdır kı, bu gün də həm jurnalistlər, baş redaktorlar, həm də elə media sahəsində cavabdeh olan bəzi məmurlar arasında Mehdiyevin xəyanətkar şəbəkəsinə xidmət etdiyi şübhə doğurmayan şəxslər var.
Düşünürəm ki, Azərbaycan mediası da bu proseslər çərçivəsində o qaranlıq və çirkab dönəmin yadigarı olan bu cür qüvvələrdən təmizlənməlidir.
Çünki Ramiz Mehdiyevin çətiri altında olan bu şəxslər və məmurlar bu gün də peşəkar formada gizlənərək, öz çirkin niyyətlərini icra etməyə çalışırlar.
Fərid Şahbazlı, siyasi şərhçi




















