“Real Madrid”in ingilis futbolçusu Cud Bellinqem “Xetafe” matçından sonra Arda Gülərlə maraqlı zarafat edib.
Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, o, Ardaya “Oyuna girəndə həmişə xaosa səbəb olursan, qardaşım” deyib.
Qeyd edək ki, “Real Madrid” ötən gecə “Xetafe” üzərində 1:0 hesabıyla qələbə qazanaraq La Liqa-da birinci yeri təmin edib.
Bu qələbədə Arda Gülərin də rolu böyük olub. O, matça ehtiyat oyunçular skamyasında başlasa da, meydana çıxandan sonra güclü təsir bağışlayıb.




















