“Prezident Tramp prezident Putinə Budapeştdə görüşməyi təklif edib. Putin isə hazırlıqlara başlayıb”
Medialive xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Macarıstanın “Ultrahang” YouTube kanalına müsahibəsində deyib.
“Biz nəzakətli insanlarıq. Bizi dəvət edəndə isə deyirik ki, bəli, gəlin necə, harada və nə vaxt razılaşaq”, – Rusiya XİN rəhbəri davam edib.
“Və sonra o dəvət ləğv edilir, necə ki, prezident Tramp Ağ Evdə elan etdi. Daha sonra onlar elan etdilər ki, “ləğv” “təxirə salmaq” deməkdir. Bu, bu prosesi başladanların işidir” = deyə Lavrov qeyd edib.
“Təşəbbüs ABŞ-dan gəlib. Artıq dediyim kimi, məlumat aldım ki, Dövlət Departamenti Rubio ilə Lavrov arasında telefon danışığının yaxşı və məhsuldar keçdiyi barədə kommünike yayımlayıb. Və o qədər yaxşı idi ki, hələlik heç bir görüşə ehtiyacımız yoxdur” – deyə Lavrov bildirib.
Qeyd edık ki, Lavrov iddia edib ki, Ukrayna ərazilərinin gələcəyi müxtəlif formatlarda müzakirə olunur.
Onun sözlərinə görə, Vladimir Putin bu məsələni Donald Tramp, Macarıstanın baş naziri Viktor Orban, Slovakiyanın baş naziri Robert Fiko və digər maraqlı liderlərlə müzakirə edib.




















