ABŞ dövlət katibi Marko Rubio 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi ola bilər.
Medialive xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasındakı mənbə Politico-ya bildirib.
Onun sözlərinə görə, hazırkı vitse-prezident Vens prezidentliyə namizədliyi qazanarsa, Rubio vitse-prezidentliyə namizəd ola bilər.
ABŞ administrasiyasına görə, Rubio Vensi 2028-ci il seçkilərində ABŞ-nin hazırkı lideri Trampın ən çox ehtimal olunan varisi hesab edir və onun mümkün namizədliyini dəstəkləyir.




















