Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizi sazişinin müddətinin uzadılması təklifi ilə bağlı sualına cavab verib.
Medialive TASS-a istinadən xəbər verir ki, o, Türkiyə liderinin sualına taxıl sazişinin vaxtının bitdiyini deyərək cavab verib.
“Taxıl sövdələşməsi, onun vaxtı, az-çox keçmişdə qalıb. Təbii ki, ərzaq təhlükəsizliyi sahəsində səmərəli, işlək səylərə ehtiyac olduğu dərk edilir” – deyə Ryabkov qeyd edib.
“Bir çox beynəlxalq məsələlərə humanitar yanaşması ilə öyünən Avropa İttifaqı əslində ərzaq bazarlarında vəziyyəti sabitləşdirməyə kömək edəcək və ən əsası, xüsusilə əlverişli ərzaq məhsullarına ehtiyacı olan ölkələrin və həmin ölkələrdə yaşayan insanların Rusiyadan ərzaq almasına imkan yaradan bir sıra sazişlərin həyata keçirilməsinə mane olub”, – deyə Ryabkov yekunlaşdırıb.




















