Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Gürcü Arzusu” partiyasının xaricdə yaşayan üzvlərininxaricdə seçkilərdə iştirakına qadağa qoyulması, onların vətənlərinə qayıtmalarını tələb edən qərarı şərh edib.
Medialive xəbər verir ki, bu barədə Gürcüstan Online məlumat yayıb.
“Bu gün gördüklərimiz tamamilə nəzarətsiz sistemlərin necə işlədiyinin klassik nümunəsidir. Onların jarqonunda buna qanunsuzluq deyilir” – deyə o bildirib.
“Rusiya bundan beynəlxalq sistemi dağıtmaq, daxili xaos və müharibə üçün istifadə edib. Venesuela, bir neçə Afrika rejimi və Gürcüstan dövlətinin parçalanmasını canlı izləyə bilmək üçün yalnız müstəqil televiziya kanallarını saxlayan İvanişvili kimi digər kiçik rejimlər də beynəlxalq nizamın pozulmasına sıxışıblar.
Elə srağagün Gürcüstan əhalisinin üçdə birini mühacirətdə itirdi. Bu qəssabın işini bitirəndə telekanalları bağlayacaq, ölkə tam qaranlığa qərq olacaq. Mübarizə aparmalıyıq” – deyə Saakaşvili bildirib.




















