Ukraynaya yardım göstərmək istəyənlərin koalisiyasının növbəti iclası dekabrın 11-də baş tutacaq.
Medialive xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Maud Brejon brifinqdə bildirib.
“Görüş Fransa və Britaniyanın sədrliyi ilə sabah baş tutacaq. “İstəklilər koalisiyası”nın iclası Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsini irəli sürməyə kömək edəcək”, – deyə sözçü qeyd edib.
O, görüşün yerini və formatını açıqlamayıb.
Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin sözlərinə görə, iclasda həmçinin Avropa İttifaqı Şurasının dekabrın 18-19-da keçiriləcək iclası ərəfəsində Kiyevə maliyyə yardımı məsələsi müzakirə olunacaq, bu iclasda Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı razılığa gəlmək niyyətindədirlər.




















