Müğənni Kəmalə Qaramollayeva növbəti layihəsini təqdim edib.
Medialive.az xəbər verir ki, İfaçı Mirzə Ələkbər Sabirin məşhur “Qoyma gəldi!” şeirinin sözlərinə bəstələnən mahnısına klip də çəkdirib.
Ekran işinin layihə rəhbəri tanınmış prodüsser Asif Kərimovdur.
Qeyd edək ki, “Qoyma gəldi!” layihəsi son günlər sosial mediada geniş müzakirələrə səbəb olub.
Bəzi izləyicilər ifanı bəyənərək müsbət rəylər yazsalar da, digərləri mahnını Sabirin irsinə uyğun hesab etmədiklərini bildiriblər.




















