CANLI
Dünya

SEPAH-ın komandiri ÖLDÜRÜLDÜ

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanlarından biri olan İsmayıl Dehqan Ərak şəhərində həlak olub.

Medialive.az xəbər verir ki, bununla bağlı, “Fars News” agentliyi məlumat yayıb

Dehqan iki gün öncə Ərak şəhərinin Hafeziyyə məhəlləsində ABŞ-İsrail qüvvələri tərəfindən hədəfə alınıb və zərbə nəticəsində öldürülüb.

Bəzi məlumatlarda onun hücumdan əvvəl qayınanasının evində gizləndiyi bildirilirdi. Hücum zamanı Dehqanın olduğu evə zərbə endirildiyi qeyd olunur. Hava zərbələri nəticəsindən Dehqanın ailə üzvlərindən bəziləri də həyatını itirdiyi vurğulanıb.