Serbiya Milli Assambleyasına erkən seçkilər 2026-cı ilin sonlarında keçiriləcək.
Medialive xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç danışıb.
“Beş-altı ay ərzində bir sıra bələdiyyələrdə seçkilər keçiriləcək və mən gələn ilin sonunda erkən parlament seçkilərinin keçirilməsini gözləyirəm”, – deyə dövlət başçısı xalqa müraciətində bildirib.
Vuçiç tərəfdarlarına parlament binasının yaxınlığındakı çadır düşərgəsini sökməyə çağıracağını qeyd edib.
Qeyd edək ki, Serbiyada etirazlar 2024-cü ilin noyabr ayından bəri davam edir. Novi Sad dəmir yolu stansiyasında çardağın uçması və 16 nəfərin ölümündən sonra etirazlar davam edir. Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar. Onların tələblərindən biri erkən parlament seçkilərinin keçirilməsidir.




















