“Zəngəzur dəhlizi və Şimal-Cənub Nəqliyyat Dəhlizi bir-biri ilə rəqabət aparmayacaq”.
Medialive TASS-a istinadən xəbər verir ki , bunu jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasının yekunları üzrə danışarkən deyib.
“Hesab edirəm ki, hər iki yolun nəinki mövcud olmaq hüququ var, həm də Azərbaycanı onun regionları ilə birləşdirmək və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratmaq üçün lazımdır”, – Şoyqu qeyd edib.
Şoyqu xatırladıb ki, Şimal-Cənub dəhlizi dərin cənubun limanlarını Şimal Buzlu Okeanı və Şimal Dəniz Marşrutu ilə birləşdirir.
O vurğulayıb ki, Rusiya yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsi olan nəhəng ölkədir və “istənilən yol həmişə yaxşıdır”.




















