CANLI
Manşet

“Sülhün əldə olunması üçün Türkiyənin vasitəçiliyinə ehtiyac var” – Deputat

ELSHAD MiRZE

Məlum olduğu kimi, Tramp və Putin arasında Budapeştə planlaşdırılan görüş ləğv olunub.

Bununla Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə minib.

Belə halda ABŞ-nin Ukraynaya daha çox yardım edəcəyi, müharibənin daha da uzanacağını düşünmək olarmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Medialive-yə açıqlama verib.

Deputat bildirib ki, nə qədər beynəlxalq hüquqa söykənən, ədalətli sülh təklifləri olmayıb, bir o qədər də müharibə bitməyəcək:

“Rusiya-Ukrayna müharibəsində nə qədər ki, beynəlxalq hüquqa söykənən, ədalətli sülh təklifləri olmayıb, bir o qədər də müharibə bitməyəcək. Məsələ odur ki, müharibə hər şeydən öncə resursların, müasir texnikaların və hərbi silah-sursatların müharibələri kimi xarakterizə edilir. Avropa isə çox uzun müddət hələ Ukraynanı hərbi təchizatla təmin etməyə hazırdır. Rusiya isə öz həmkarları vasitəsilə bunu əldə edə bilir. Amerikanın mövqeyinə gəldikdə isə çox təəssüf ki, ABŞ müharibəni bir ticarət vasitəsi kimi görür, xüsusən Tramp hakimiyyəti. Tramp bu müharibəni özünün iqtisadi inkişafı və özünün biznesinin bir parçası kimi görür”.

O qeyd edib ki, sülhün əldə olunması üçün Türkiyənin vasitəçiliyinə ehtiyac var:

“Bütün Avropa İttifaqına üzv ölkələri məcbur edir ki, onun silahlarını alsınlar, Ukraynanın silahlandırsınlar. Dolayısı ilə ABŞ-də hər nə qədər prezident səviyyəsində sülhdən danışsalar da, müharibənin uzanmasında maraqlıdırlar. Ona görə də mən düşünürəm ki, Rusiya və Ukrayna arasındasülhün əldə olunması üçün üçüncü bir mərkəzin vasitəçiliyinə ehtiyac var ki, bu da Türkiyədir.Amma məsələ ondadır ki, Türkiyənin vasitəçiliyi bəzən qəbul edilir, bəzən isə qəbul edilmir.Belə olan halda, müharibənin tezliklə bitəcəyinisöyləmək çox çətindir”.
Mikayıl Mirzəzadə