• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Tale Heydərov işində fantastik məbləğ – Tanınmış iş adamı axtarışa verildi

01 Aprel, 26 / 12:33
A A
Tale Heydərov işində fantastik məbləğ – Tanınmış iş adamı axtarışa verildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi ilə bağlı daha bir tanınmış iş adamı cinayət məsuliyyətinə cəlb edilib.

Medialive.az-ın məlumata görə, “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri olmuş Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

A.Mamedov hazırda həbsdə olan “Azfinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyevlə birgə xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedov ölkədə olmadığı üçün onun tutulması mümkün olmayıb.

İttihama gəlincə, İntiqam Səfərəliyev və Abid Mamedovla Tale Heydərov arasında alqı-satqı münasibətləri olub. Onlar Heydərova milyonlarla manat dəyərində zavod satıblar. Lakin sonuncu sonradan müqavilədən imtina edərək aldadıldığını bildirib və prokurorluğa şikayət edib. Tale Heydərov istintaqda ona 11 milyon 903 min manat ziyan dəydiyini deyib. Yekunda dəymiş ziyanın məbləği də bu həcmdə müəyyən edilib.

Hazırda İntiqam Səfərəliyevin işi üzrə ilkin istintaq yekunlaşıb, Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və o, axtarışa verilib.

Fotoda: İntiqam Səfərəliyev və Abid Mamedov

Təqsirləndirilən şəxslər isə ittihamı qətiyyət qəbul etmirlər. Müdafiə tərəfi hesab edir ki, ortada cinayət yoxdur. Onların iddiasına görə, Tale Heydərov, İntiqam Səfərəliyev və Abid Mamedov arasında rəsmi alqı-satqı olub və tərəflər birgə gəlir əldə ediblər. Lakin sonradan Heydərov müqaviləni pozmaq istədiyi üçün mübahisə yaranıb və o, qazandığı gəlirlə yanaşı, zavod üçün ödədiyi vəsaiti də geri tələb edib.

İşin əsl təfərrüatı məhkəmə istintaqı zamanı ortaya çıxacaq. Tərəflər öz dəlil və sübutlarını təqdim edəcəklər.

Qeyd edək ki, Abid Mamedov əvvəllər “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru olub. Sonradan həmin vəzifəyə İntiqam Səfərəliyev təyin edilib. A.Mamedov Böyük Britaniyanın Bristol Universitetində təhsil alıb. O, əvvəllər “AFB Bank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri işləyib, “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü olub. Eyni zamanda “Azfinance İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalında 85 faiz paya sahibdir. (Qafqazinfo)

Əvvəlki yazı

Bakıda bu evlər ucuzlaşır

Növbəti yazı

Onlar da müəllim işləyə biləcək - Siyahı

Bənzər Xəbərlər

Əvəz Temirxan pensiyaya çıxdı: 220 manat alır
Sosial

Əvəz Temirxan pensiyaya çıxdı: 220 manat alır

01.Apr.26 /14:19
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı
Sosial

Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı

01.Apr.26 /14:07
Azərbaycanda yeni zavod inşa ediləcək
Sosial

Azərbaycanda yeni zavod inşa ediləcək

01.Apr.26 /13:53
Dünyanın turizm cənnəti: Türkiyə turizminin ən gözəl yerləri
Dünya

Dünyanın turizm cənnəti: Türkiyə turizminin ən gözəl yerləri

01.Apr.26 /13:41
Aprel döyüşləri: Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi
Sosial

Aprel döyüşləri: Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

01.Apr.26 /13:35
Nazirlikdə struktur dəyişikliyi 
Sosial

Nazirlikdə struktur dəyişikliyi 

01.Apr.26 /13:31
Borc və vergi öhdəliklərinə xitam veriləcək – SƏRƏNCAM
İlham Əliyev

Borc və vergi öhdəliklərinə xitam veriləcək – SƏRƏNCAM

01.Apr.26 /13:16
Birləşdiriləcək qurumların rəhbərləri kimlərdir? - Sabiq deputatın oğlu da var...
Sosial

Birləşdiriləcək qurumların rəhbərləri kimlərdir? - Sabiq deputatın oğlu da var...

01.Apr.26 /13:13
İlham Əliyev Sərəncam imzaladı
İlham Əliyev

İlham Əliyev Sərəncam imzaladı

01.Apr.26 /12:58

XƏBƏR LENTİ

Əvəz Temirxan pensiyaya çıxdı: 220 manat alır

Əvəz Temirxan pensiyaya çıxdı: 220 manat alır

01 Aprel, 26 / 14:19
Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı

Məktəbin binasında çatlar yarandı - Tədris dayandırıldı

01 Aprel, 26 / 14:07
Azərbaycanda yeni zavod inşa ediləcək

Azərbaycanda yeni zavod inşa ediləcək

01 Aprel, 26 / 13:53
Dünyanın turizm cənnəti: Türkiyə turizminin ən gözəl yerləri

Dünyanın turizm cənnəti: Türkiyə turizminin ən gözəl yerləri

01 Aprel, 26 / 13:41
Aprel döyüşləri: Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

Aprel döyüşləri: Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

01 Aprel, 26 / 13:35
Nazirlikdə struktur dəyişikliyi 

Nazirlikdə struktur dəyişikliyi 

01 Aprel, 26 / 13:31
Borc və vergi öhdəliklərinə xitam veriləcək – SƏRƏNCAM

Borc və vergi öhdəliklərinə xitam veriləcək – SƏRƏNCAM

01 Aprel, 26 / 13:16
Birləşdiriləcək qurumların rəhbərləri kimlərdir? - Sabiq deputatın oğlu da var...

Birləşdiriləcək qurumların rəhbərləri kimlərdir? - Sabiq deputatın oğlu da var...

01 Aprel, 26 / 13:13
İlham Əliyev Sərəncam imzaladı

İlham Əliyev Sərəncam imzaladı

01 Aprel, 26 / 12:58
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər

Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər

01 Aprel, 26 / 12:52
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.