CANLI
Dünya

Tanınmış siyasətçi VƏFAT ETDİ - FOTO

Antalya siyasətində tanınmış simalardan biri, Cümhuriyyət Xalq Partiyasının (CHP) Muratpaşa Rayon Təşkilatının keçmiş sədr müavini və Muratpaşa Bələdiyyə Şurasının keçmiş üzvü Serpil Üstün vəfat edib.

Medialive.az xəbər verir ki, Serpil Üstünün vəfatı Muratpaşa və Antalya siyasi ictimaiyyətində böyük kədərlə qarşılanıb.

Uzun illər yerli siyasətdə fəaliyyət göstərən Üstün bölgədə sevilən simalardan biri kimi tanınırdı.

Serpil Üstünün dəfn mərasiminin vaxtı və yeri də açıqlanıb.

Bildirilib ki, mərhumun cənazə namazı 18 avqust 2026-cı il, çərşənbə axşamı günü günorta namazından sonra qılınacaq.

Serpil Üstün doğulduğu İbradı rayonunda torpağa tapşırılacaq.