Taylandın baş naziri Anutin Çanvirakun Kamboca ilə sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar Banqkokdakı Hökumət Evində fövqəladə iclası keçirib.
Medialive xəbər verir ki, bu barədə The Nation qəzeti məlumat yayıb.
Məlumata görə, baş nazir hərbi əməliyyatların bərpasından və Kambocanın RM-70 və BM-21 çoxsaylı buraxılış raket sistemlərini Tayland ərazisinə yaxın yerləşdirməsindən sonra Tayland-Kamboca sərhədinə planlaşdırılan səfərini ləğv edib.
Tayland Ordusu daha əvvəl iki ölkə sərhədində baş verən qarşıdurmalarda bir Tayland əsgərinin öldüyünü, dördünün isə yaralandığını açıqlayıb.




















