Tayland kralı Maha Vajiralongkorn (X Rama) ölkənin Milli Assambleyasının Nümayəndələr Palatasının buraxılması haqqında fərmanı imzalayıb.
Medialive xəbər verir ki, fərman krallığın hökumət qəzetində dərc olunub.
“Ölkənin azlıq hökumətinin nəzarəti altında olması və ölkə daxilində çoxsaylı siyasi problemlər üzündən davamlı, effektiv və sabit şəkildə idarə edə bilməməsi nəzərə alınmalıdır. Ən uyğun həll yolu Nümayəndələr Palatasını buraxmaq və yeni ümumi seçkilər keçirməkdir. Bu, siyasi qərar qəbuletmə səlahiyyətini ən qısa müddətdə xalqa qaytaracaq” – deyə fərmanda bildirilir.




















