Taylandla sərhəddə şiddətlənən münaqişə səbəbindən 500 min kambocalı evlərini tərk etmək məcburiyyətində qalıb.
Medialive xəbər verir ki, bu barədə Cambodian Press Agentliyi krallığın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, 14 əyalətin 498 min sakini evlərini tərk edib.
Onların arasında təxminən 418 mini qadın və uşaqdır. Son məlumatlara görə, Kambocada atəş nəticəsində 18 mülki şəxs həlak olub, 78 nəfər yaralanıb. Dekabrdabaş verən gərginliyin başlanğıcından bəri 73 yaşayış binası, bir neçə dini məkan, eləcə də şəhər və yol infrastrukturu zədələnib.
Qeyd edək ki, Tayland-Kamboca sərhədində dekabrın 7-də silahlı toqquşmalar başlayıb.




















