CANLI
Sosial

TƏBİB-in sabiq departament rəhbəri yeni vəzifəyə təyin olundu

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Murad Mirzəyev İcbari Sığorta Bürosunda (İSB) fəaliyyətə başlayıb.

Medialive.az xəbər verir ki, o, müvafiq əmrlə fəaliyyətini İSB-də Süni intellekt transformasiyası üzrə rəhbər vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, M.Mirzəyev 2022-2026-cı illərdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri işləyib. O, bir neçə ay əvvəl TƏBİB-dəki vəzifəsindən azad olunub.(İqtisadiyyat.az)