ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməməsi və raket proqramını həyata keçirməyə davam etməsi təqdirdə bu ölkəyə yenidən zərbə endiriləcəyini bildirib.
Medialive xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə görüş zamanı danışıb.
Trampın sözlərinə görə, İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər.
“Onların bərpası uzun müddət çəkəcək, amma bizimlə razılaşma olmadan bərpa olmaq istəsələr, biz də onu məhv edəcəyik. Raketlərini çox tez məhv edə bilərik”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, noyabrın əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib ki, İran rəhbərliyi uranı dinc məqsədlər üçün zənginləşdirməyə davam etmək niyyətindədir və raket proqramının gələcəyini müzakirə etməkdən imtina edib.
O qeyd edib ki, heç bir sağlam düşüncəli insan raket proqramının hərbi komponentindən imtina etməyə razı olmaz.




















