“Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək istəyi onun adaya və sakinlərinə qazanc kimi baxdığını göstərir”.
Medialive xəbər verir ki, bu sözləri danimarkalı deputat və sabiq xarici işlər naziri Per Bertelsen deyib.
“Onlar bizə mağazadakı mal kimi yanaşırlar. Biz satış üçün deyilik. Biz amerikalı olmaq istəmirik, biz qrenlandiyalı olmaq istəyirik”, – deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.




















