Yaponiyanın baş naziri Sanae Takaiçi ilə bu yaxınlarda telefon danışığı aparan ABŞ Prezidenti Donald Tramp onu Çinlə münasibətləri gərginləşdirməkdən çəkinməyə çağırıb.
Medialive xəbər verir ki, bu barədə Kyodo Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp həmçinin Yaponiya və Çini sabit münasibətləri saxlamağa çağırıb.
Takaiçi daha əvvəl jurnalistlərə Trampın ona ABŞ-Çin münasibətlərinin vəziyyəti haqqında məlumat verməsini və Çin Prezidenti Si Cinpinlə telefonla danışdığını deyib. Lakin, o, Tramp ilə Yaponiya və Çin arasındakı münaqişəni müzakirə etdiyini açıqlamayıb.
Qeyd edək ki, Yaponiya ilə Çin arasında gərginlik Takaiçinin parlamentdəki müzakirələr zamanı Tayvan yaxınlığında mümkün hərbi böhranın Yaponiyanı kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcək ekzistensial təhlükə yaradacağını bəyan etməsindən sonra artıb.
Bu, Pekində kəskin narazılıq doğurub və ölkə Tokioya ciddi xəbərdarlıq edib.




















