ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün səylərini davam etdirdiyini və buna nail ola biləcəyinə inandığını bildirib.
Medialive xəbər verir ki, o, bu barədə Ağ Evdə Milad ağacının yandırılması mərasimində danışıb.
“Biz bunun üzərində çox çalışırıq və biz bunu dayandırmalıyıq” – deyə Tramp əlavə edib.
Prezident bildirib ki, hazırda ölkəsi təhlükəsizdir və əhali Milad və Yeni ili təhlükəsiz şəkildə qeyd edə bilər.
“Bir millət olaraq minnətdar olacağımız çox şey var. Bu bayram mövsümündə sərhədimiz etibarlıdır, ruhumuz dirçəlir – ölkəmizin tarixində ən etibarlı sərhəddir. Yeddi aydır və heç kim ölkəmizə qanunsuz daxil olmayıb”, – Amerika lideri bildirib.
O, sülhü və asayişi qoruyan ABŞ hərbçilərinə, o cümlədən Milli Qvardiyanın cəsur qəhrəmanlarına təşəkkür edib.




















