Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun ABŞ və Şimali Koreya liderlərinin növbəti fürsətdə görüşə biləcəklərinə ehtimal edib.
Medialive xəbər verir ki, o, bu barədə APEC nazirlərinin görüşünün yekunları üzrə brifinqdə bildirib.
“İnanıram ki, nə vaxtsa başqa bir fürsət yaranacaq, çünki Tramp görüşün növbəti fürsətdə baş tutacağına ümid etdiyini bildirib”, – Ço Hyun qeyd edib.
Tramp Koreya Respublikasına dövlət səfərini bu gün başa vuraraq ABŞ-yə yola düşüb. Əvvəllər Cənubi Koreya mediası və ekspertləri Tramp və Kim Çen Inın 2019-cu ildə olduğu kimi Koreyalararası sərhəddə görüşə biləcəyini ehtimal ediblər.
Ço Hyun həmçinin əlavə edib ki, Cənubi Koreya hökumətinin KXDR və ABŞ liderləri arasında yeni görüşlə bağlı konkret planları yoxdur. Nazir Cənubi Koreyanın KXDR və ABŞ arasında yüksək səviyyəli təmaslar ideyasını dəstəklədiyini təkrarladı, çünki bu, Koreya yarımadasında hərbi gərginliyin azaldılmasına və nəticədə nüvəsizləşdirməyə töhfə verə bilər. Cənubi Koreyanın xarici işlər naziri həmçinin qeyd edib ki, Tramp açıq şəkildə Kim Çen Inla görüş təklif edib.




















