ABŞ prezidenti Donald Tramp və Suriyanın keçid lideri Əhməd Şara bu gün (10 noyabr) Ağ Evdə görüşəcəklər.
Medialive.az xəbər verir ki, görüşün Türkiyə vaxtı ilə saat 19:00-da Oval Ofisdə baş tutacağı və görüşün mətbuat üçün qapalı olacağı açıqlanıb.
Xatırladaq ki, Şara şənbə günü gecəsi Vaşinqtona gəlib. O, əvvəlcə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva və ABŞ-dakı bir neçə Suriya təşkilatının nümayəndələri ilə görüşüb.
Mələk




















